Məqalədə ümumtəhsil məktəblərinin idarə olunmasının təşkili və planlaşdırılmasında özünüauditin rolu, məqsədi, alqoritmi, tətbiqolunma sahələri, fəlsəfi mahiyyəti haqqında müfəssəl məlumat verilir. Ümumtəhsil məktəblərində idarəetmə...
moreMəqalədə ümumtəhsil məktəblərinin idarə olunmasının təşkili və planlaşdırılmasında özünüauditin rolu, məqsədi, alqoritmi, tətbiqolunma sahələri, fəlsəfi mahiyyəti haqqında müfəssəl məlumat verilir. Ümumtəhsil məktəblərində idarəetmə mexanizminin yaradılması modern nəzarətin düzgün təşkili məsələsini aktuallaşdırır. Beynəlxalq təcrübəyə əsaslanan müstəqil, obyektiv, təminatverici və məsləhətverici fəaliyyəti olan özünüauditin təşkili və alqoritmik şəkildə həyata keçirilməsi nəzarətin yüksək nəticə verən elementi kimi tətbiq olunur. Bu baxımdan, özünüauditin tətbiqi yüksək təhsil standartlarına nail olmağın ən optimal yolu hesab edilir. Ümumtəhsil məktəblərinin idarə olunmasında planlaşdırma, hesabatvermə, keyfiyyətin aşkarlanması və geriləmələrin vaxtında aradan qaldırılması baxımından bunun praktik əhəmiyyəti vardır. Özünüauditin tətbiqi kollegiallıq, ictimailik, şəffaflıq, obyektivlik, məmnunluq, səmərəlilik kimi təhsilin idarəedilməsi prinsipləri əsasında həyata keçirilir. Ona görə də inkişaf etmiş ölkələrdə məktəblərin idarə edilməsində özünüauditdən geniş istifadə olunması məqsədəuyğun sayılır. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün müasir yanaşma və məktəbdə nəzarətin müntəzəm təşkilinə, planlaşdırılmasına xidmət edən elmi-praktik yenilikdir. Azərbaycanda ümumtəhsil məktəblərinin idarə olunmasında özünüauditin alqoritmik formada tətbiqinə böyük ehtiyac vardır.
The article provides detailed information about the role, purpose, algorithm, areas of application, philosophical essence of self-audit in arranging and planning secondary school management. The development of a management mechanism in secondary schools necessitates a proper organization of modern supervision. The organization and algorithmic implementation of self-audit, which is an independent, unbiased, supportive and advisory activity based on international practice, is used as a highly effective supervision element. In this respect, the implementation of self-audit is considered the most optimal way to achieve high educational standards. This is of practical importance in terms of planning, reporting, quality detection and timely elimination of delays in secondary school management. Self-audit implementation is based on principles such as collegiality, publicity, transparency, impartiality, satisfaction, effectiveness. Therefore, the large-scale implementation of self-audit in managing schools in developed countries is advisable. This factor is considered a modern approach to improving the quality of education, as well as a scientific and practical innovation that serves the regular organization and planning of school supervision. There is a great need for algorithmic self-audit implementation in managing secondary schools in Azerbaijan.